18 yanvar 2017, Çərşənbə
Cəbhədə vəziyyət gərginləşdi
Dünya Azərbaycanlıları Qurultayının qətnaməsi elan edildi
Şahzadə qarət olundu

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm İqtisadiyyat Media Reportaj Elm və Mədəniyyət Ədəbiyyat Dünya
FotoSorğularReklam xidmətiƏlaqə

Xəbərlər arxivi

«

Yanvar 2017

»

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

         
 
New Page 2
A A A
Əli Həsənov: "Bir ara torpaqlarımızı azad edə bilərdik, imkan vermədilər"
 05.06.2016, 00:43

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov diaspor fəaliyyətinin insanın ürəyindən, Vətənə və torpağa bağlılıqdan qaynaqlandığını söyləyib:

“Diaspor quruculuğunda iştirak edən hər bir azərbaycanlı Vətəni sevir, onun problemləri ilə yaşayır. Dünya azərbaycanlılarının həmrəyliyi ideyası Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqları – Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə və digərləri tərəfindən irəli sürüldü, ancaq bu işi başa çatdıra bilmədilər”.   

Modern.az xəbər verir ki, Ə. Həsənov Dünya Azərbaycanlılarının Bakıdakı IV Qurultayında deyib ki, Heydər Əliyev hakimiyyətə qayıdandan azərbaycanlıların həmrəylik ideyasını yenidən gündəmə gətirib:

“Azərbaycançılıq ideyası bir ideologiya kimi formalaşdı və bu gün dövlətçilik siyasətimizin əsasında dayanır. Heydər Əliyev Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi ideyasını da gündəmə gətirdi və biz 3 il birinci qurultaya hazırlaşdıq. Biz diasporumuzun koordinasiyasını yaratmağa çalışırdıq. Bəzi dövlətlər düşünürdülər ki, azərbaycanlıların həmrəyliyi onların ərazi bütövlüyünə qarşı təhdidə çevriləcək.

Heydər Əliyev ortaya qoydu ki, İranda, Rusiyada, Orta Asiyada yaşayan azərbaycanlılar  o ölkələrin ən layiqli vətəndaşı statusuna qalxdıqdan sonra Azərbaycanın adını yüksəldə, Vətənə dəstək verə bilər. Azərbaycanlıları bir araya ona görə yığırıq ki, multukultural ənənələrimizi o ölkələrdə təbliğ edək. Məhz belə azərbaycanlılar həm vətəndaşları olduqları ölkələrə, həm də Azərbaycana xidmət edə bilər.

O ölkələrin qanunverici və icra orqanlarında təmsil olunaraq o ölkənin firavanlığı üçün çalışa, Azərbaycanın uğurlarına da töhfə verə bilər. Yeri gəlmişkən, Qərb ölkələri başqa xalqların dininə, dilinə, mədəniyyətinə dözüm göstərir, biz isə başqa xalqların dininə, dilinə, mədəniyyətinə ehtiramla yanaşırıq.  Bizim fərqimiz budur. Bəşəriyyətdə birgəyaşayışın ən yaxşı forması da budur. Biz qurultayda da dünyaya bu mesajı vermək istəyirik”.

 Ə.Həsənov bildirib ki, dünya azərbaycanlıları ilk növbədə öz aralarında birliyə nail olmalıdırlar:

“Xarici ölkələrdə diaspor təşkilatlarının birliyinə nail ola bilmiriksə, normal əməkdaşlığına, mili məsələlərdə həmrəyliyinə nail olmalıyıq. Dövlət başçısı da birliklə bağlı mesajında məhz bunu nəzərdə tuturdu. Beləliklə, xarici ölkələrlə soydaşlarımızın pozulan hüquqlarının bərpasına, mili maraqlarımızın təmini ilə bağıl aksiya və tədbirlərin keçirilməsinə nail ola bilərik.

Biz bir ara torpaqlarımızı azad edə bilərdik, imkan vermədilər. Təəssüf ki, müasir dünyada bunun qarşısının alınması mexanizmi var. Ona görə də dünya informasiya məkanına çıxılması, virtual informasiya vasitələrinin yaradılması vacibdir. Dövlət başçısı çıxışında bu məsələyə xüsusi diqqət yetirdi”. 
  
Ə. Həsənov vurğulayıb ki, bu il Dünya Azərbaycanlıları İş Adamları Birliyi yaradılması və Bakıda konfransının keçirilməsi zamanı çatıb:

“Xarici ölkələrdə deputat kampaniyalarını maliyyələşdirmək imkanına malik iş adamlarımız var”.
  
Ə. Həsənov xarici ölkələrdə yaşayan azərbaycanlıların ailələrinin Azərbaycanda istirahət etməsinin önəmli olduğunu nəzərə çatdırıb:

““Mən fəxr edirəm ki, azərbaycanlıyam” şüarı soydaşlarımız üçün əsas olmalıdır. Səfirliklər və Dövlət Komitəsi diasporumuzun koordinasiyasını təmin etməlidir”.  

Ağa AKİFOĞLU

 
Çap variantı
Məktub göndər
Facebook-da paylaş




Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 




 
Son xəbərlər
05.06.2016, 21:48
 İŞİD 19 qızı yandırdı
05.06.2016, 21:40
 3 təyyarəni ildırım vurdu
05.06.2016, 21:33
 Sumqayıt Dövlət Universitetinin tələbəsi intihar etdi
05.06.2016, 21:27
 Azərbaycanlıların da qatıldığı festivalda QARŞIDURMA
05.06.2016, 21:23
 Sabahın hava PROQNOZU
05.06.2016, 20:15
 Cəbhədə vəziyyət gərginləşdi
05.06.2016, 18:00
 Magistraturaya qəbul imtahanının II mərhələsi keçirilir
05.06.2016, 08:58
  Daşkəsənə güclü dolu yağıb
05.06.2016, 08:44
  Tanınmış iş adamı vəfat edib
05.06.2016, 08:30
 Göyərtəsində 350 miqrantın olduğu gəmi batıb
05.06.2016, 08:08
  Bakıda evakuator qaydaları belə pozur - Video
05.06.2016, 07:56
  Suriyada İranın komandiri öldürülüb
05.06.2016, 07:16
  Millət vəkili köçkün düşmüş Türkmanlarla görüşüb - Fotolar
05.06.2016, 06:24
  İraq ordusu daha bir neçə məntəqəni İŞİD-dən azad edib
05.06.2016, 05:59
  Qaçqın oğlanı zorlayan türk 108 il iş aldı
05.06.2016, 05:44
 Arzuları yarımçıq qalan şəhid kəşfiyyatçı .. - FOTOLAR
05.06.2016, 05:20
 Paytaxtda avtobus qəzası iki can aldı
05.06.2016, 05:00
 "Discovery Azerbaijan"ın redaktoru: “Biz Azərbaycanın açıq xəritəsiyik”
05.06.2016, 04:59
 “Barselona”nın müdafiəçisi “Borrusiya”ya keçdi
05.06.2016, 04:43
  Taxıl biçininin qısa müddətdə və itkisiz yığımı...
05.06.2016, 04:22
 “Ermənilərin gurcülərə qarşı vəhsiliyi...”- ARAŞDIRMA
05.06.2016, 04:17
  Bakı aeroportunda təşviş yaşanıb
05.06.2016, 04:03
  ”Ermənilər Dağlıq Qarabağda vəhşiliklər törədib”
05.06.2016, 02:30
 “Dalğa Beach-Aqua Park”a press-tur təşkil olundu
05.06.2016, 01:35
 Nazir iməciliyə getdi - FOTOLAR
05.06.2016, 01:27
 Dünya azərbaycanlıları “Metsamor” AES-lə bağlı BMT-yə müraciət etdilər
05.06.2016, 01:22
 İlham Əliyev sədr seçildi
05.06.2016, 01:07
 Suriya artilleriya zərbələrinə məruz qalıb: 40-dan artıq ölü var
05.06.2016, 01:05
 “Boka Haram” 32 hərbçini öldürdü
05.06.2016, 00:55
 Dünya Azərbaycanlıları Qurultayının qətnaməsi elan edildi
05.06.2016, 00:43
 Əli Həsənov: "Bir ara torpaqlarımızı azad edə bilərdik, imkan vermədilər"
05.06.2016, 00:37
 Dünya Azərbaycanlılarının IV Qurultayı İlham Əliyevə müraciət etdi
05.06.2016, 00:33
 Bəxtiyar Hacıyev DYP-yə qarşı kampaniyaya başladı
05.06.2016, 00:24
 YAP-ın namizədi İqbal Ağazadəyə maneçilik törədir - FOTOLAR
05.06.2016, 00:15
 Əli Həsənov Dünya Azərbaycanlıları İş Adamları Birliyinin anonsunu verdi
05.06.2016, 00:10
 Almanları ildırım vurdu - 71 nəfər yaralandı
04.06.2016, 23:41
 Azərbaycanda nəhəng ilan öldürüldü - FOTO
04.06.2016, 23:31
 Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı yekunlaşır
04.06.2016, 23:23
 Mehriban Əliyeva 30 min nəfəri cəzalardan xilas edib
04.06.2016, 23:18
 Şahzadə qarət olundu

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | İqtisadiyyat | Media | Reportaj | Elm və Mədəniyyət | Ədəbiyyat | Dünya |
Foto | Sorğular | Reklam xidməti | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2017 old.modern.az. All rights reserved. Powered by NextPoint LLC